Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия






11-ci Azərbaycan Beynəlxalq Karyera Sərgisi

6 - 8 Oktyabr, 2017

SAHƏNIN BÜTÜN PROFESSIONALLARINI BİR ARAYA GƏTİRƏN UNİKAL İŞGÜZAR PLATFORMA

 

 Sərgi llər ərzində sərgi karyeranın planlaşdırılması və insan resurslarının idarə edilməsi sahəsində aparıcı tədbirlərindən birinə çevrilmişdir.

Karyera sərgisi Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən dəstəklənir. Sərginin əsas məqsədi bütün maraqlı tərəflərə professional təhsil və karyera imkanları barədə məlumat verməkdir.

Sərgi işəgötürənlər və namizədlər üçün üz-üzə görüşlərin təşkil olunması və məlumat mübadiləsi məqsədilə əlaqələrin qurulması üçün unikal imkan yaradır.

 

SƏRGİNİN BÖLMƏLƏRİ

  • İşəgötürən şirkətləri
  • İşədüzəltmə agentlikləri
  • Karyeranın planlaşdırılması və inkişafı üzrə məsləhətxanalar
  • Əhali üçün peşəkar istiqamətləndirmə və məşğulluq mərkəzləri
  • Konsaltinq şirkətləri
  • Media, işədüzəltmə və karyera üzrə vebsaytlar

 

11-Cİ AZƏRBAYCAN BEYNƏLXALQ KARYERA SƏRGİSİNDƏ İŞTİRAK ETMƏK ÜÇÜN ƏSAS 5 SƏBƏB:

  • Ən qısa müddət ərzində bir çox namizədlər ilə görüşlərin keçirilməsi fürsəti
  • Namizədlər ilə üz-üzə görüşlər nəticəsində online CV-nin təqdim edilməsi zamanı mümkün olan ilkin müsbət təəssüratın yaradılması imkanı
  • Brendin tanıdılması fürsəti
  • Digər iştirak edən korporasiyalar və şirkətlər ilə görüşlərin keçirilməsi və əlaqələrin qurulması fürsəti
  • Təqdimat və seminarların keçirilməsi üçün unikal məkan

 

SƏRGİNİN  SPONSORU OLUN VƏ AŞAĞIDA QEYD OLUNAN GENİŞ REKLAM İMKANLARINDAN FAYDALANIN:

  • Sərginin reklam materiallarında şirkətinizin loqotipinin yerləşdirilməsi (broşürlər, sərginin veb-saytı, sərgi proqramı, kağız çantalar, sərginin çap edilmiş və elektron kataloqu)
  • Sərgi personalının uniformalarında, lanyardlarda  sponsorun loqotipinin yerləşdirilməsi
  • Sərginin xarici reklam vasitələrində şirkətinizin loqotipinin yerləşdirilməsi (bilbordlar, bannerlər, metrolarda, hava limanında, biznes mərkəzlərində və sair reklam)
  • Sərgi pavilyonunun daxilindəki monitorlarda video-çarxların yerləşdirilməsi
  • Həmçinin, hədəf auditoriyanıza şirkətiniz barədə səmərəli şəkildə məlumat verən bir çox digər imkanlar

 

RƏYLƏR

Mikayıl Cabbarov,

Azərbaycan Respublikasının təhsil naziri

 

- Əminəm ki, 10-cu Azərbaycan Beynəlxalq “Təhsil” və “Karyera” sərgiləri ölkəmizin gələcək inkişafı naminə yeni layihələrin reallaşdırılmasına, təhsilimizdə strateji hədəflərin yaxınlaşdırılmasına, təhsil müəssisələri ilə təhsilalanların əməkdaşlıq imkanlarının genişlənməsinə, qloballaşan dünyamızın hüdudsuz təhsil imkanlarından hər kəsin yararlanmasına yeni töhfələr verəcək, həm təhsilverənlər, həm də təhsilalanlar üçün öyrənmə və birgə fəaliyyət üçün əlavə imkanlar yaradacaqdır.

“Təhsil” və “Karyera” sərgilərinin iştirakçılarına və qonaqlara işlərində uğurlar arzulayıram.

Nazim Vəliyev, Elm və Texnika departamentinin rəhbəri, SOCAR

–  Məlum olduğu kimi, SOCAR ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar fəaliyyətlərlə yanaşı, kadr hazırlığı və təhsil sahəsinə də böyük diqqət göstərir. Ənənəvi olaraq, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) müxtəlif təqaüd proqramları həyata keçirir, istedadlı tələbələrin xaricdə təhsilini maliyyələşdirir və böyük maraq doğuran təşəbbüslər irəli sürür.

SOCAR artıq üç ildir ki, təhsil və karyera sərgilərində iştirak edir, belə ki, məqsədimiz  gənclərin neft-qaz sahəsində biliklərə yiyələnmə və karyeraya olan marağını artırmaqdır.

Vüsal Muradov, “Gilan Holding” şirkətində kadr seçimi üzrə mütəxəssis

– Biz bu gün “Karyera” sərgisində iş axtaranlar ilə fəal təmas qurur, onların təkliflərini təhlil edir və ixtisaslı kadrları bizim şirkətə cəlb etməyə çalışırıq.

Biz öz stendimizdə məlumatları ziyarətçilərə çatdırmaqla yanaşı, onlara vakansiyalar barədə də informasiya veririk. Ümumilikdə, bizim təkliflərimiz arasında informasiya texnologiyaları, təchizat, insan resurslarının idarə olunması, mühəndislik və digər bu kimi digər sahələr üzrə iyirmi vakansiya təklif edilir.

Aynur Arazova, “Port Baku” şirkətinin aparat rəhbəri

– Sevindirici haldır ki, sərginin ziyarətçiləri şirkətimizin artan karyera imkanlarına böyük maraq göstərirlər. Biz yeni layihələrlə, xüsusilə də tikintisi davam edən Ələt Limanı ilə əlaqədar müvafiq ixtisaslı və peşəkar kadrların axtarışını həyata keçiririk. Bun görə də, sərgidə “Port of Baku” şirkəti barədə ziyarətçilərə maksimum məlumat verməklə yanaşı, onları bizim komandada karyera imkanları  barədə məlumatlandırırıq.
 

Biz karyera ilə əlaqədar şirkətimizə müraciət edən hər kəsə diqqət ayırır və dərk edirik ki, hər təşkilatın uğuru təkcə biznes nailiyyətlərinə əsaslanmır.

 

DƏSTƏK

Azərbaycan Respublikası Təhsil Nazirliyi

ASK

Azpromo




BİZƏ QOŞULUN!
RƏSMİ DƏSTƏK
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency

TƏHSİL
SƏRGİSİ İLƏ BİRLİKDƏ
Education
VALYUTA MƏZƏNNƏSİ
  19/07/2017 20/07/2017
USD 1.7017 1.7017
EUR 1.9632 1.9590
GBP 2.2175 2.2160
RUR 0.0288 0.0288



CAREER Azerbaijan is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek